Şou-biznes

Fərda ilə Kənan arasında qonorar söhbəti: "Narazıçılıq yarandı"

3 Mart 2017 11:59
8 Şərh     Baxış: 3 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, rejissor Kənan M.M. "Gecə qonağı" filminin ikinci hissəsini lentə alır. Rejissor ekran işinin ilk bölümündə yer alan aktyor Fərda Xudaverdiyevin ikincidə olmayacağını, buna onun istədiyi yüksək qonorarın səbəb olduğunu bildirib. 

Milli.Az xəbər verir ki, F.Xudaverdiyev axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O, rejissordan yüksək qonorar tələb etmədiyini söyləyib:

"Kənanla aramızda bir anlaşılmazlıq oldu. Dostumdur, qardaşımdır, amma bu qonorar söhbəti çox böyüdüldü. Mənim istədiyim qonorar dedikdə, burada çox cüzi bir məbləğdən söz gedir. Bunu xarici ölkədəki aktyorların aldığı maaşla müqayisə etmədən deyirəm. Həqiqətən də, narazaçılıq kiçik məbləğdən yarandı".

F.Xudaverdiyev "Selfinaz" şousundan sonra qonorarınızı artırmısınız" sualına belə cavab verib:

"Çoxlu film təklifləri alıram. Amma içərisindən ən sərfəlisini seçməyə çalışıram. Eyni zamanda da ssenari yaxşı olmalıdır. Qonorarla bağlı gözləntilərim çoxdur, amma hələ özünü doğrultmayıb. Mən qonorar olmayanda da çalışmışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.