Cəmiyyət

Soda nə üçün faydalıdır?

15 Oktyabr 2016 08:15
4 Şərh     Baxış: 5 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Natrium-karbonat ən təhlükəsiz, ən səmərəli və ən ucuz tibbi vasitələrdən biridir. Ən yaxşı xüsusiyyətlərindən biri də uzunmüddətli istifadə oluna bilməsidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, natrium-karbonat və ya soda maddəsi həmçinin bir çox problemlərin aradan qalxmasına kömək edir. İndi isə, gəlin bu problemlərlə tanış olaq :

Qıcqırma və həzm problemləriSoda həzm üçün ən yaxşı yollardan biridir. Belə ki, yarım stəkan su ilə yarım çay qaşığı soda qarışımı yeməkdən bir-iki saat sonra qəbul edilsə, olduqca təsirlidir.

Diş təmizlənməsiİllərdir ki, soda diş məcunu kimi istifadə edilir. Bir çay qaşığı soda ilə bir çay qaşığı suyun qarışımı diş təmizlənməsi üçün ən yaxşı yollardan biridir.

Saç üzərində rast gəlinən və aradan qaldırılması çətin bilinən kəpək problemi bir çox insanın əziyyət çəkdiyi mövzulardan biridir. Bu problemi aradan qaldırmaq üçün ən yaxşı yollardan biri sodadır. Soda həm bişirilən zaman, həm də çiy halda saçın dibinə massaj edilə bilər. Belə olan halda kəpək miqdarında azalma müşahidə olunur.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.