Damaq xəstəlikləri ən tez-tez təsadüf edilən problemlərdən biridir.
Parodontoz xəstəliyi zamanı damaqlar həssas olur, dişlərin təmizlənməsi zamanı qanayır, qaşınır. Daha sonra damaqlar kiçilir, diş kökləri görünməyə başlayır. Nəticədə dişlər laxlanmağa başlayır və tökülür.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, parodontoz tək dişlərə ziyan etmir. Parodontoz həmçinin mədə-bağırsaq sistemi və ağız boşluğu xəstəliklərinə və iltihablarına gətirib çıxarır. Bu səbəbdən özünüzdə parodontozun simptomlarını müşahidə etdikdə mütləq diş həkiminə müraciət edin. Həkim xüsusi müalicə təyin edəcək. İlk növbədə parodontoza səbəb olan amillər (diş daşları, dişlərin patologiyaları və s.) aradan qaldırılmalıdır. Daha sonra xəstəyə iltihabəleyhinə müalicə təyin olunur (antiseptik preparatlar, vitaminlər, fermentlər və s.). Bu mərhələdə xalq təbabəti üsullarından da istifadə etmək olar. Bu üsullar əsas müalicə ilə yanaşı istifadə olunur və çox yaxşı effekt verir.
1. Ağız boşluğunuzu palıd qabığı, adaçayı otu, evkalipt, kalendula ilə qarqara edin. Bunun üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, bir neçə dəfə yaxşı süzülür və ilıq vəziyyətdə qarqara üçün istifadə olunur. Dəmləməni bir neçə dəqiqə ərzində ağızda saxlamaq lazımdır.
2. Propolis (bərəmum) çox təsirli antiseptik vasitədir. Propolisin kiçik hissəsi sürtgəcin xırda gözündən keçirilir 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. Dəmləməni ağzınıza alıb bir neçə dəqiqə saxlayın. Nəzərinizə çatdıraq ki, digər arı məhsulları kimi propolis da güclü allergik reaksiyalara səbəb ola bilər.
3. 1 çay qaşığı qara çay və 2-3 xırda doğranmış diş sarımsaq 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. (Çay ilıq olmalıdır.). Sarımsaq çox təsirli təbii antiseptik vasitədir, çay isə dişlər üçün xeyirli olan ftorla zəngindir.
4. Gicitkən iltihabəleyhinə təsir edir və həmçinin dişlərin qanamasını aradan qaldırır. 1 xörək qaşığı quru gicitkən 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
5. İynəyarpaq çox yaxşı iltihabəleyhinə təsir edir. Dəmləmələr şəklində istifadə olunur.
6. 1-2 bağayarpağı yaxşı yuyun və hər gün gündə bir neçə dəfə bir neçə dəqiqə ərzində çeynəyin və sonra tüpürün.
7. Efir yağları ilə damaqların masajı çox effektli müalicəvi və profilaktik vasitədir. Bunun üçün nanə, limon, evkalipt, çay ağacı yağlarından istifadə olunur. Dişlərinizi yaxşı yuyun. Əllərinizi yuyun, şəhadət barmağınıza bir neçə damcı efir yağı damızdırın və damaqların kənarlarından başlayaraq mərkəzə doğru olmaqla dairəvi hərəkətlərlə damaqlarınızı masaj edin.
8. İslam ölkələrində istifadə olunan təbii diş fırçası olan misvak (və ya sivak) parodontoz zamanı çox yaxşı müalicəvi təsir edir. Misvak iltihabı azaldır, mikrobları öldürür, damaqları və dişləri möhkəmləndirir, diş daşı ilə əsalı şəkildə mübarizə aparır, dişləri ağardır və s. Ağacın kökündən hazırlanan misvak 100% təbii vasitədir.
Bütün sadaladığımız vasitələri yalnız sizi müalicə edən həkimlə məsləhətləşdikdən sonra istifadə edə bilərsiniz.
Bütün bu vasitələr həm müalicəvi, həm də profilaktik məqsədlə istifadə oluna bilər.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Damaqların xalq təbabəti üsulları ilə müalicəsi
19 Noyabr 2016 22:40
3 Şərh
Baxış: 20 474

DİGƏR XƏBƏRLƏR
-
“Kart oğurluğu təkcə texniki deyil, psixoloji yolla da həyata keçirilir” - Ekspertdən açıqlama
-
Əhali dərmana daha çox pul xərcləyir – Pərakəndə satışda rekord artım
-
Pensiyalar bu tarixdə veriləcək
-
"Mətbuatın yaranması 1918 - ci ildə Xalq Cümhuriyyətinin yaranmasına da zəmin yaratdı" - Əli Vəliyev
-
Kredit borcunu verə bilməyənlərin DİQQƏTİNƏ
-
Arıqlama dərmanları ilə bağlı yeni təhlükə üzə çıxdı
XƏBƏR LENTİ
-
“Kart oğurluğu təkcə texniki deyil, psixoloji yolla da həyata keçirilir” - Ekspertdən açıqlama
-
Sabah Əbu-Dabidə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçiriləcək
-
Əhali dərmana daha çox pul xərcləyir – Pərakəndə satışda rekord artım
-
Pensiyalar bu tarixdə veriləcək
-
"Mən öləndə şəklimi paylaşarsınız"
-
Azərbaycan qlobal vektorlar arasında: xarici siyasətdə balans incəsənəti
-
Öcalandan 26 il sonra ilk videomüraciət: "Silahı yerə qoyun"
-
DYP-dən bu sürücülərə çağırış
-
Azərbaycan-Qazaxıstan hərbçilərinin iştirakı ilə “Tərlan-2025” təlimi keçirilir - VİDEO - FOTO
-
“Sabah”ın Avrokubok matçı bu kanalda!
-
"Mətbuatın yaranması 1918 - ci ildə Xalq Cümhuriyyətinin yaranmasına da zəmin yaratdı" - Əli Vəliyev
-
Xuramandan Hacı Şahinlə bağlı paylaşım
-
Trampın şok səs yazısı: Moskva və Pekini bombalayacam
-
Kredit borcunu verə bilməyənlərin DİQQƏTİNƏ
-
28 Azərbaycan vətəndaşı bu ölkədən ÇIXARILDI
-
“4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir...” - Yenilənib - FOTO
-
Türkiyədə daha bir bələdiyyə sədri həbs edildi
-
PSJ-yə "Real"la oyun öncəsi pis XƏBƏR
-
Bu bürclər bir-biri ilə qəti EVLƏNMƏMƏLİDİR – boşuna tanış olmasınlar
-
Məşhur aparıcı təbiət qoynundakı VİLLAsını nümayiş etdirdi - FOTOlar
-
Azərbaycanda xərçəng xəstələrinin sayı ARTDI - RƏSMİ
-
Nuranə hadisə vaxtı tək olmayıb - Təlimçi DANIŞDI
-
Azərbaycanda DƏHŞƏT: 1 ölü, 3 yaralı var
-
“Volkswagen” kanalda batdı - FOTO