Kişilərə özəl! Cinsi gücü artıran ASAN RESEPT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keçibuynuzunun sağlamlığa faydaları saymaqla bitməz. Ağrını kəsir, allergiyaya, astmaya, bronxitə, xərçəngə qarşı qoruyur, bakteriyaları məhv edir, qaraciyəri toksindən təmizləyir, immunitet sistemini gücləndirir, antiseptik təsiri var, ishal və qəbizliyə qarşı faydalıdır, bronxları genişləndirir. Bundan başqa qida maddələrində E410 ilə göstərilən həcm artırıcı qida maddəsi kimi də istifadə olunur.
Keçibuynuzu kişilərdə cinsi iqtidarsızlıq və ereksiya probleminə də yaxşı təsir edir. Bunu Türkiyənin məşhur professoru, kimyaçı İbrahim Saraçoğlu deyib. O, keçibuynuzundan hazırlanmış qarışımın bu problemi aradan qaldırmağa faydalı olduğunu bildirib.
Milli.Az lent.az-a istinadən həkimin fikirləri ilə sizi də tanış edir.
Mütəxəssisin sözlərinə görə, cinsi gücü artıran dərmanların qısa müddətdə öz təsirini itirir. Keçibuynuzu qarışımının ən əhəmiyyətli faydası isə odur ki, müalicəvi təsiri uzun müddətlidir: "Hər şeyin təbii olanını yeməyin vacib olduğu müasir dövrdə cinsi gücü artıran dərmanların yerinə keçibuynuzu qarışımı istifadə etmək bədənin sağlamlığı baxımından müsbətdir. Hər hansı yan təsiri olmayan keçibuynuzu iqtidarsızlıq yaşayan kişilər üçün əhəmiyyətli bir köməkçi halına gəlib. Həddi aşmamaq şərtilə cinsi iqtidarsızlıq yaşayan kişilər ondan istifadə edə bilərlər. Ancaq şəkər xəstəliyi kimi probleminiz varsa, ilk növbədə həkimə müraciət edin. Çünki keçibuynuzunda şəkər miqdarı çoxdur".
İ. Saraçoğlu qeyd edib ki, bu bitki mənşəli qarışımı tətbiq edən kişilər səbrli olmalıdırlar. Çünki keçibuynuzunda iqtidarsızlığa yarayan faktor maddələr müəyyən bir zaman bədəndə saxlanmalıdır. Bu faktor maddələr müəyyən bir səviyyəyə çatdıqdan sonra hüceyrə içindəki mexanizmləri xəbərdar edərək, öz təsirini göstərməyə başlayır.
Qarışımın hazırlanma qaydası:
Yarım litr suyu qaynadın. Əlinizlə kiçik parçalara ayırdığınız keçibuynuzunu qaynamış suyun içərisinə atın. Ağzı bağlı şəkildə vam odda 3-4 dəqiqə qaynadın. Qaynatdıqdan sonra ocaqdan götürün və 20 dəqiqə saxlayın. Sonra süzün. Bir həftə boyu hər gün için. İkinci həftədən sonra 3 ay ərzində hər gecə yatmazdan əvvəl 1 stəkan için. Daha sonrakı aylarda ehtiyac olduqda müəyyən zamanlarda yenidən tətbiq edə bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
-
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb - FOTO
-
Güclü yağışlar bu yolu yararsız vəziyyətə saldı
-
İşğaldan azad olunmuş ərazilərdə yeni milli parklar yaradılacaq
XƏBƏR LENTİ
-
Acunun komandası İngilətərə Premyer Liqasına vəsiqə qazanıb
-
Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq
-
Rubio: ABŞ və İran arasında irəliləyiş əldə olunub
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
Medvedyev Paşinyan haqqında olmazın ifadələr işlətdi
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
Ucarda ağır qəza - ölən var - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Azərbaycanda milli parkların ərazisi genişləndirilir - Nazirdən açıqlama
-
Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB
-
Meşələrin mühafizəsində yeni dövr: Azərbaycanda süni intellekt və dronlar tətbiq ediləcək
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
Zeynəb Xanlarovadan Xalq artistinin təklifinə CAVAB
-
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
-
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb - FOTO
-
Özgür Özel CHP parlament qrupunun sədri oldu





