Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!" (ən Nisa, 1).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Qurani Kərimdə Adəm və Həvvanın (Onlara Allahın salamı olsun) necə yaradılmasından bəhs edilsə də, onlardan digər insanların necə yaranması məsələsi Quranda və səhih mənbələrdə dəqiq təsvir olunmayıb. Hər necə olubsa, ayədən görünür ki, bu, Uca Allahın təqdiri, hikməti və icazəsi ilə olub. Ona görə də günah deyil, çünki "günah" Allah Təalanın icazə vermədiyi əməli etməyə deyilir.
İbni İshaq adlı tarixçi islam alimi tərəfindən edilən rəvayətə görə, Habil və Qabilin hər birinin əkiz bacıları var idi və onların hər birindən digərinin əkiz bacısı ilə evlənilməsi istənilmişdi. Qabilin əkizi Habilinkindən daha gözəl olduğu üçün Qabil onu dəyişdirməyi qəbul etmədi. Bu səbəbdən Habil onu öldürdü.
Ümumiyyətlə Adəm və Həvvanın çoxlu qızları və oğulları olub. Rəvayətlərə görə, Habillə Qabil tək deyil, hər biri, bir bacı ilə əkiz doğulmuşdular. Bu barədə deyilir ki, Adəm və Həvvanın Qabil və bacısı olmaqla əkiz övladları olduqdan sonra, ikinci dəfə yenə də oğlan Habil və qız olmaqla əkiz övladları doğuldu. Sonra Adəm Qabili Habilin əkizi ilə, Habili də Qabilin əkizi ilə evləndirdi. Onlardan da insan nəsli törədi. (Bu bir çox təfsir alimlərinin rəyidir). Belə olduğu halda Uca Allah əkizləri bacı-qardaş və məhrəm etmiş, evlənmələrini qadağan etmişdir. Birinci bətində doğulanları isə digər bətində doğulanlara bacı-qardaş məhrəm etməmişdir. Bu qanun sırf Adəm və Həvvanın övladlarına şamil edilmiş, bunlardan sonra gələn nəsillərdə isə bir ana və atadan doğulan hər kəs bacı-qardaş sayılmış və evlənmələri də haram edilmişdir.
Nəticə olaraq, yuxarıda da qeyd etdiyimiz kimi, bu barədə Uca Allah və Rəsulundan (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) konkret açıq bir dəlil yoxdur. Buna görə bütün yuxarıdakı izahlar ehtimal olunan fərziyyələrdir. Ən doğrusunu əlbəttə ki, Uca olan Allah bilir. Unutmayaq ki, bütün bunların hamısı Allahın Təalanın əzəli və əbədi elmi, hikməti və istəyi sayəsində həyata keçir.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Adəmin uşaqlarından, yəni bacı-qardaşdan yaranmışıqsa, deməli günahdan yaranmışıq?
11 Dekabr 2016 21:55
27 Şərh
Baxış: 9 994

DİGƏR XƏBƏRLƏR
-
Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOlar
-
Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələr müzakirə ediləcək
-
Bakıda 67 yaşlı rəhbər işdən çıxarıldı, yerinə 31 yaşlı qadın təyin olundu - FOTO
-
Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...
-
“BakuBus” avtobuslarının yarışması ilə bağlı AÇIQLAMA
-
Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandum imzalanıb - FOTO
XƏBƏR LENTİ
-
"Barselona"nın keçmiş ulduzu karyerasını bitirdi
-
Tramp Rusiya PUA-larının Polşanın hava məkanını pozduğunu bildirib
-
Qurban Qurbanov oğlunu belə təbrik etdi - YENİLƏNİB - VİDEO - FOTO
-
Çin buna görə ABŞ-yə xəbərdarlıq etdi
-
ABŞ Ermənistana 145 milyon dollar yardım ayıracaq
-
Siçanlar üzərində test edildi, indi də insanlarda yoxlayacaqlar - Alimlər görün nə tapdı
-
Qubada güclü sel körpünü dağıtdı - VİDEO
-
Tramp açıq şəkildə hədələdi: Bunu etsəniz sizi ovlayıb, əzəcəyik!
-
NASA-dan Çinlə kosmik rəqabət səbəbi ilə məhdudiyyət
-
ABŞ-nin keçmiş senatoru Menendesin erməni arvadına hökm oxundu
-
Bədənin bu hissəsi qadının yaşını göstərir
-
Bu ölkə İsrailə görə Avroviziyadan imtina edəcək
-
ABŞ bunu bərpa etmək istəyir
-
Dünyada ilk dəfə süni intellekt nazir təyin edildi
-
Tramp ona ölüm cəzası istədi
-
"Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm" - Əhmədin şok etirafı - FOTO
-
Yəmən İsrailə raket atıb
-
Ukrayna ilə heç-heçəyə görə futbolçularımız MÜKAFATLANDIRILDI
-
Mülki azərbaycanlıların öldürülməsi ilə bağlı sənədlər məhkəmədə elan olunub - FOTO
-
Tramp xahiş etdi, 14 məhbusu əfv etdi
-
Bu universitetin yataqxanası bağlandı
-
Serdar Kılıç: Ermənistan sərhədin açılmasına müsbət yanaşır
-
Ağdamda 16 yaşlı qıza cinsi zorakılıqda şübhəli bilinən 4 nəfər həbs edildi - YENİLƏNİB
-
“Yalvarıram, Rusiya və Belarusa getməyin”