Cəmiyyət

Sumqayıtın şəhidlər xiyabanında dəfn olunan ilk şəhid - VİDEO

20 Yanvar 2017 15:17
6 Şərh     Baxış: 5 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə 405 şəhid verib.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, 1992-ci il fevralın 4-də cəbhədə həlak olan Rəhman Sadiq oğlu Qəhrəmanov xiyabanda dəfn olunan ilk şəhiddir.

O, şəhərdə fəaliyyət göstərən tarix muzeyinin əməkdaşı olub. Bir vaxtlar çalışdığı muzeydə indi Rəhmanın və onun kimi şəhidlik zirvəsinə ucalan silahdaşlarının şəxsi əşyaları qorunub saxlanılır. Şəhidlərin xatirəsini əbədləşdirmək üçün yaradılan qalereya gənc nəslin qəhrəmanlarımızı daha yaxından tanımasına kömək edir. Onlar doğma Azərbaycanımızın müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Adını o ali zirvəyə yazdıran hər bir şəhidimizin həyatı, qəhrəmanlığı, yurd sevgisi bizim üçün əzizdir, eyni zamanda da əvəzolunmaz vətənpərvərlik nümunəsidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sumqayıtın şəhidlər xiyabanında dəfn olunan ilk şəhid - FOTO

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.