Cəmiyyət

Yetkinlik yaşına çatmağın əlamətləri hansılardır?

11 Mart 2017 08:25
2 Şərh     Baxış: 6 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yetkinlik yaşı ya fiziki əlamətlərlə, ya da müəyyən yaş həddi ilə təyin edilir. Oğlanlarda ilk dəfə məni gəlməsi, qızlarda isə ilk heyz halı yetkinliyin əlaməti sayılır. Həmçinin, şafii, maliki, hənbəli və cəfəri məzhəbləri qarnın aşağı hissəsində cod tüklərin bitməsini də həddi-büluğun əlaməti sayırlar (hənəfi məzhəbində bu şərt qəbul edilmir).

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər göstərilən fiziki əlamətlər görünmürsə, onda yetkinliyi yaşla hesablayırlar. Şafii və hənbəli məzhəblərinə görə həm qız, həm də oğlan uşaqları 15 yaşından gec olmayaraq yetkinləşirlər. Maliki məzhəbində yetkinliyin son həddi 17 yaşdır. İmam Əbu Hənifə həddi-büluğun son həddini qızlar üçün 17, oğlanlar üçün 18 yaş qəbul etmişdir.

Şiə məzhəbinə görə isə yetkinliyin fiziki əlamətləri müşahidə edilmədiyi halda qız hicri-qəməri təqvimlə 9 yaşına (miladi təqvimlə 8 yaş 9 ay), oğlan isə hicri-qəməri təqvimlə 15 yaşına (miladi təqvimlə 14 yaş 7 ay) çatanda yetkin sayılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.